http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

NZS qəsəbəsində evdə yanğın olub, xəsarət alan var - VİDEO

19 Noyabr 2023 , 11:28
NZS qəsəbəsində evdə yanğın olub, xəsarət alan var - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Operativ Media" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus fərdi yaşayış evində baş vermiş yanğının genişlənərək bitişik evlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, habelə bitişik evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 88m² olan birmərtəbəli üçotaqlı evin bir otağı və mətbəxinin yanar konstruksiyaları 30m² sahədə, dam örtüyü 20m² sahədə və ona bitişik ümumi sahəsi 100m² olan birmərtəbəli üçotaqlı evin dam örtüyünün taxta atmaları 2m² sahədə yanıb.

Evlərin böyük hissəsi və bitişik evlər yanğından mühafizə edilib.

Yanğın zamanı bir nəfər vətəndaş xəsarət alıb.

OXŞAR XƏBƏRLƏR
Ağdaşda vətəndaş qanunsuz saxladığı odlu silahı polisə təhvil verib

Ağdaşda vətəndaş qanunsuz saxladığı odlu silahı polisə təhvil verib

Naxçıvanda son 1 ayda 67  nəfər saxlanılıb

Naxçıvanda son 1 ayda 67 nəfər saxlanılıb

Saatlı sakini odlu silahı polisə təhvil verib

Saatlı sakini odlu silahı polisə təhvil verib

XƏBƏR LENTİ
  • 11:28

    Gəncədə keçmiş arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır
  • 11:26

    Mirzoyan və Borrel Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
  • 11:26

    DİN kibertalamaya və kiberdələduzluğa qarşı maarifləndirici sosial videoçarx hazırlayıb
  • 11:06

    Bakıda “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçirilir
  • 10:57

    Kafedə qumar oyunları təşkil edən şəxs saxlanılıb
  • 10:51

    Bakıda 4 yeniyetmə bıçaqlanıb, saxlanılanlar var
    Bakıda 4 yeniyetmə bıçaqlanıb, saxlanılanlar var
  • 10:46

    Sabah güclü maqnit qasırğası olacaq
  • 10:45

    Daha 7 güləşçimiz mübarizəyə başlayır
Menyu