Menyu

Yaponiya Özünümüdafiə Qüvvələri ucqar əraziləri müdafiə etməyi məşq edir

Yaponiya Özünümüdafiə Qüvvələri ucqar əraziləri müdafiə etməyi məşq edir

"Yaponiyanın özünümüdafiə qüvvələri ölkənin cənub-qərbində Amami arxipelaqına daxil olan ucqar Tokunosima adasının müdafiəsi üçün təlimlər keçirib". 

"Operativ Media" xəbər verir ki, bu barədə TBS telekanalı məlumat yayıb.

Təlim ssenarisinə əsasən, dəniz piyadaları xəyali düşməni oradan sıxışdırıb çıxarmaq və əraziyə nəzarəti bərpa etmək üçün adanın sahilinə enməli olub. Əməliyyatda eniş həyata keçirilən AAV7 amfibiya desant maşınları və Dəniz Özünümüdafiə Qüvvələrinin iki gəmisi iştirak edib.

Təlimdə Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Yoşihide Yoşida da iştirak edib.

Qeyd edək ki, Tayvan ətrafındakı vəziyyətə görə Yaponiya son vaxtlar ucqar ərazilərin müdafiəsinə böyük diqqət yetirir. Bu ilin əvvəlində ABŞ Silahlı Qüvvələrinin iştirakı ilə Tokunosima adasında və qonşu Kakayjimada irimiqyaslı "Dəmir yumruq" təlimləri keçirilib.

Teqlər:

"Yaponiya \u00d6z\u00fcn\u00fcm\u00fcdafi\u0259 Q\u00fcvv\u0259l\u0259ri ucqar \u0259razil\u0259ri m\u00fcdafi\u0259 etm\u0259yi m\u0259\u015fq edir"

Əlaqəli Xəbərlər