İsrail ordusu gecə ərzində HƏMAS-ın çoxsaylı hədəflərinə hücum edib
"İsrail Müdafiə Qüvvələrinə (IDF) məxsus döyüş təyyarələri gecə ərzində Qəzza zolağında Cəbəliyə, Beyt Lahiya şəhərləri və Əz-Zeytun bölgəsində HƏMAS-ın çoxsaylı hədəflərinə zərbələr endirib".
"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib və bildirib ki, quru bölmələri Cebaliya şəhərinin kənarında döyüşə davam edir.
"IDF Qəzza zolağında havadan, dənizdən və qurudan döyüşləri davam etdirir. IDF döyüşçüləri HƏMAS-ın Cəbəliyə, Əz-Zeytun və Beyt Lahiyadakı bir çox infrastruktur obyektlərini məhv ediblər. Son 24 saat ərzində Nahal briqadasının döyüşçüləri HƏMAS terrorçularını məhv edərək, Cəbəliyyənin kənarına çatıblar", - məlumatda deyilir.
"Cəbəliyyə bölgəsində bölmələr tankların və aviasiyanın dəstəyi ilə yaraqlıların hədəflərinə hücum edib. Nahal briqadasının döyüş komandası binanın damından hərbçilərə atəş açmaq niyyətində olan terrorçu dəstəni müəyyən edib, hərbi qulluqçular əraziyə pilotsuz uçuş aparatı göndərib, terrorçuları məhv ediblər", - deyə məlumatda əlavə edilib.
Teqlər:
"\u0130srail ordusu gec\u0259 \u0259rzind\u0259 H\u018fMAS-\u0131n \u00e7oxsayl\u0131 h\u0259d\u0259fl\u0259rin\u0259 h\u00fccum edib"