Putin bu həftə baş tutacaq G20 sammitində iştirak edəcək
"Rusiya prezidenti Vladimir Putinin gələn həftə "İyirmilik Qrupu"nun (G20) virtual sammitində və BRİCS liderlərinin telekonfransında iştirak edəcəyi gözlənilir".
"Operativ Media" xəbər verir ki, bu barədə "Rossiya-1" telekanalının "Moskva. Kreml. Putin" verilişində məlumat verilib.
Hindistanın ev sahibliyi ilə keçiriləcək G20 liderlərinin onlayn sammiti noyabrın 22-nə planlaşdırılıb.
Putin gələn həftə Moskvada Tacikistan lideri Emoməli Rəhmonla da görüşəcək. Noyabrın 23-də Minskdə Putinin şəxsən iştirak edəcəyi KTMT liderlərinin sammiti planlaşdırılır.
Bundan əlavə, telekanalın məlumatına görə, Putin noyabrın 22-dən 24-dək Sberbank-ın təşkil etdiyi süni intellekt (AI) və maşın öyrənməyə həsr edilmiş "AI Journey" beynəlxalq konfransında iştirak edəcək.
Teqlər:
"Putin bu h\u0259ft\u0259 ba\u015f tutacaq G20 sammitind\u0259 i\u015ftirak ed\u0259c\u0259k"