Menyu

Sinqapur öz sərhədləri üzərindən pilotsuz uçuşlara qadağa qoyacaq

Nərmin Qocamanlı
Sinqapur öz sərhədləri üzərindən pilotsuz uçuşlara qadağa qoyacaq

Sinqapur noyabrın 21-dən pilotsuz uçuş aparatlarının (PUA) transsərhəd uçuşlarını qadağan edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Sinqapurun Mülki Aviasiya İdarəsi və ölkənin polis qüvvələri məlumat yayıb.


"Sinqapur sərhədlərini istənilən istiqamətdə qeyri-qanuni keçdiyi aşkar edilən istənilən İHA operatoru səlahiyyətli orqanlar tərəfindən cavabdehlik daşıyacaq. Qanunu pozanlar 50 000 Sinqapur dollarına (təxminən 37 000 ABŞ dolları - red.) qədər cərimə və ya iki ilədək müddətə həps cəzası ala bilərlər", - birgə bəyanatda deyilir.

Səlahiyyətlilər həmçinin Sinqapur sərhədlərini keçən hər hansı icazəsiz İHA-ları məhv etmək səlahiyyətinə sahib olacaqlar.

Teqlər:

"Sinqapur \u00f6z s\u0259rh\u0259dl\u0259ri \u00fcz\u0259rind\u0259n pilotsuz u\u00e7u\u015flara qada\u011fa qoyacaq"

Əlaqəli Xəbərlər