Menyu

Baydenin reytinqi rekord həddə aşağı düşüb

Redaksiya
Baydenin reytinqi rekord həddə aşağı düşüb

İsrail və HƏMAS arasında gedən müharibə fonunda Co Baydenin ABŞ prezidenti kimi bəyənmə reytinqi 40 faizə düşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə NBC News-in keçirdiyi sorğunun nəticələrində bildirilib.

Sorğunun nəticələrinə görə, seçicilərin dəstək səviyyəsinə görə ilk dəfə olaraq Bayden “ehtimal olunan seçkiqabağı yarışda” ABŞ-ın keçmiş prezidenti Donald Trampdan geri qalıb.

Baydenin mövqeyinin zəifləməsi əsasən demokratlar arasında müşahidə olunur - onların əksəriyyəti hesab edir ki, Baydenin Qəzza zolağında hərbi əməliyyatlara münasibəti bəyənilən səviyyədə deyil. 

Araşdırma müəlliflərinin fikrincə, belə nəticələr Co Baydenin xarici siyasətinin amerikalılar tərəfindən aşağı səviyyədə bəyənilməsi, ilk növbədə onun HƏMAS təşkilatına qarşı müharibədə İsrailin hərəkətləri ilə bağlı mövqeyi ilə əlaqədardır. Respondentlərin yalnız 33 faizi Co Bayden administrasiyasının xarici siyasətini müsbət qiymətləndirib.

Teqlər:

"Baydenin reytinqi rekord h\u0259dd\u0259 a\u015fa\u011f\u0131 d\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər