Menyu

Finlandiya Ukraynaya yardımı davam etdirəcək

Finlandiya Ukraynaya yardımı davam etdirəcək

"Finlandiya miqrantlarla sərhəddəki vəziyyətə baxmayaraq, Ukraynaya hərbi dəstəyi davam etdirmək niyyətindədir". 

"Operativ Media" xəbər verir ki, bunu respublika prezidenti Sauli Niinistö Varşavada polşalı həmkarı Anjey Duda ilə birgə mətbuat konfransında deyib. 

Niinistö xatırladıb ki, Finlandiya hakimiyyəti ötən həftə Kiyevə təxminən 100 milyon avro dəyərində 20-ci hərbi yardım paketini elan etmək niyyətində olduqlarını bəyan edib: "Eyni ruhda davam etməyəcəyimizə inanmaq üçün heç bir əsasım yoxdur. Sərhəddəki vəziyyətə nəzarət etməliyik. Bizim uzun sərhədimiz var, onun mühafizəsini yaxşı vəziyyətdə saxlamalıyıq. Lakin bizim Ukraynaya kömək etməkdə davam etmək imkanımız var və bunu davam etdirəcəyik".

Finlandiya lideri əlavə edib ki, digər Avropa ölkələrindən olan həmkarları ilə görüşlər zamanı heç kimin Ukraynaya dəstəyin azaldılmasının tərəfdarı olduğunu görməyib: "Mən əminəm ki, Avropa və Finlandiya Ukraynaya davamlı dəstək verəcək".

Finlandiyanın müdafiə naziri Antti Hakkänen daha əvvəl Ukraynaya silah və avadanlıqların daxil olduğu 20 yardım paketinin ümumi dəyərinin 1,5 milyard avro olduğunu açıqlamışdı.

Teqlər:

"Finlandiya Ukraynaya yard\u0131m\u0131 davam etdir\u0259c\u0259k"

Əlaqəli Xəbərlər