Menyu

Putin BRICS-in Yaxın Şərq üzrə onlayn sammitində çıxış edəcək

Putin BRICS-in Yaxın Şərq üzrə onlayn sammitində çıxış edəcək

Rusiya prezidenti Vladimir Putin sabah Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə həsr olunmuş BRICS-in növbədənkənar onlayn sammitində iştirak edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

"Noyabrın 21-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Fələstin-İsrail münaqişəsini müzakirə etmək üçün BRICS-in fövqəladə sammitində iştirak edəcək", - məlumatda qeyd edilib.

Bu il BRICS-ə sədrlik edən Cənubi Afrika Respublikası Prezidentinin mətbuat xidmətinin verdiyi məlumata görə, görüşdə xüsusilə Fələstinin Qəzza zolağındakı vəziyyət müzakirə olunacaq. Sammitə təkcə Braziliya, Rusiya, Hindistan və Çinin deyil, həm də assosiasiyanın yeni üzvləri - Səudiyyə Ərəbistanı, Argentina, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri dəvət olunub.
 

Teqlər:

"Putin BRICS-in Yax\u0131n \u015e\u0259rq \u00fczr\u0259 onlayn sammitind\u0259 \u00e7\u0131x\u0131\u015f ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər