Ərdoğan: İsrailin nüvə silahına malik olduğunu unutmağa imkan verməyəcəyik
"Türkiyə beynəlxalq ictimaiyyətin İsrailin nüvə silahına malik olduğunu unutmasına imkan verməyəcək və Qəzzada törətdiyi cinayətlərə görə onu ədalət qarşısına çıxarmağa çalışacaq".
"Operativ Media" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onun sədrliyi ilə keçirilən hökumət iclasından sonra xalqa müraciətində deyib.
"İsrailin nüvə silahı məsələsini gündəmimizdə saxlayacağıq, bunu unutmayacağıq və dünyanın unutmasına imkan verməyəcəyik. Qəzzada törədilən cinayətləri ədalət qarşısına çıxarmağa çalışacağıq", - Ərdoğan bildirib.
Onun sözlərinə görə, İsrail açıq şəkildə nüvə silahına malik olduğunu etiraf edir, lakin beynəlxalq strukturlar, xüsusən də MAQATE və BMT müvafiq araşdırma aparmır. Bundan əvvəl Ərdoğan İsraildə nüvə silahının mövcudluğunun yoxlanmasının zəruriliyini və MAQATE-də müvafiq prosesə başlamaq niyyətini açıqlamışdı.
Türkiyə prezidenti Fələstin anklavında baş verənləri Səlib yürüşləri zamanı və İkinci Dünya Müharibəsi zamanı min il müşahidə olunan vəhşilik və qəddarlıqla müqaisə edib.
Teqlər:
"\u018frdo\u011fan: \u0130srailin n\u00fcv\u0259 silah\u0131na malik oldu\u011funu unutma\u011fa imkan verm\u0259y\u0259c\u0259yik"