Menyu

Zelenski: ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

Zelenski: ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb
1 dəq oxu

"ABŞ Ukraynaya artilleriya və mərmilərdən ibarət yeni hərbi yardım paketi ayırmağa qərar verib". 

"Operativ Media" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

"ABŞ-dən dövlətimiz üçün yeni müdafiə paketi var. Mən minnətdaram. Paketin tərkibində, xüsusilə, hazırda ehtiyac duyulan artilleriya və mərmi olacaq", - dövlət başçısı "Telegram"da paylaşdığı videomüraciətdə bildirib.

Zelenski yeni təchizatın miqdarı və nomenklaturasını dəqiqləşdirməyib.

Əlaqəli Xəbərlər