Menyu

Bayden tərəflərin girovları azad etmək üçün razılaşa bilmə ehtimallarını müsbət dəyərləndirib

Bayden tərəflərin girovları azad etmək üçün razılaşa bilmə ehtimallarını müsbət dəyərləndirib

"Maraqlı tərəflər HƏMAS hərəkatı silahlıları tərəfindən əsir götürülən girovların azad edilməsi ilə bağlı razılaşmaya yaxındırlar". 

"Operativ Media" xəbər verir ki, bu barədə yayılan məlumatları ABŞ prezidenti Co Bayden də təsdiqləyib.

Ağ Evdə jurnalistlərin belə bir razılaşmanın əldə edilməsinin yaxın olub-olmaması ilə bağlı sualına Amerika lideri müsbət cavab verib: "Mən belə düşünürəm. Ancaq bu barədə açıq şəkildə spekulyasiya etməyə hazır deyiləm". 

Sual təkrar soruşulduqda isə o, sağ əlini qaldıraraq "uğurun simvolu" kimi çarpaz barmaqlarını göstərərək "Bəli" cavabını verib. ABŞ prezidenti bu sazişin nə vaxt bağlana biləcəyinin dəqiqləşdirilməsi üçün verilən digər suala məhəl qoymayıb.

Ancaq "The Jerusalem Post" yazır ki, İsrail və HƏMAS tərəflərin noyabrın 19-da atəşkəs və Qəzza zolağında saxlanılan bəzi girovların azad edilməsi ilə bağlı razılığa gəldiyini inkar edir.
 

Teqlər:

"Bayden t\u0259r\u0259fl\u0259rin girovlar\u0131 azad etm\u0259k \u00fc\u00e7\u00fcn raz\u0131la\u015fa bilm\u0259 ehtimallar\u0131n\u0131 m\u00fcsb\u0259t d\u0259y\u0259rl\u0259ndirib"

Əlaqəli Xəbərlər