Menyu

Rusiya Dövlət Dumasının sədri Çinə səfər edib

Nərmin Qocamanlı
Rusiya Dövlət Dumasının sədri Çinə səfər edib
1 dəq oxu

Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin Çinə rəsmi səfərə gəlib.

"Operativ Media" Rusiya mətbuatına istinadən xəbər verir ki, noyabrın 21-dən 23-dək davam edəcək səfər çərçivəsində Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin rəhbərliyi və digər rəsmi şəxslərlə ikitərəfli görüşlər nəzərdə tutulub.

Görüşlərdə Rusiya və Çin arasında parlamentlərarası əməkdaşlığın inkişafı, o cümlədən iqtisadiyyat, təhlükəsizlik, ticarət, təhsil və elm və digər sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Əlaqəli Xəbərlər