Fələstinin radikal HƏMAS hərəkatı hərbi əməliyyatlar başlayandan bəri İsrailin paytaxtı Təl-Əvivə ən ağır raket zərbələri endirib.
"Operativ Media" xəbər verir ki, hücumu hərəkatın hərbi qolu əl-Qassam briqadası təsdiq edib. İsrailin mərkəzində yerləşən daha bir neçə şəhər də raket zərbələrinə tuş gəlib. Paytaxtda hava həyəcanı siqnalı eşidilib. Dəmir Qübbə hava hücumundan müdafiə sistemləri raketləri havada zərrsizləşdirib. Məlumata görə itki yoxdur. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza şəhərini raket atəşinə tutub.