Boliviya meşə yanğınlarına görə beynəlxalq yardım istəyir
Boliviya hökuməti günlərdir davam edən meşə yanğınları ilə mübarizə etmək məqsədilə beynəlxalq yardım tələb edib.
"Operativ Media" xəbər verir ki, bu çağırışa hələlik qonşu Çili, Braziliya və Venezuela cavab verib. Yanğınların miqyasının genişlənməsinə quraqlıq və külək səbəb olub. Havanın temperaturunun 40 dərəcəni keçməsi də vəziyyəti ağırlaşdırıb. Boliviya hökuməti alovlarla mübarizəyə 2 helikopter və 200-dən çox canl qüvvə, həmçinin ordunu da cəlb etsə də bu işdə aciz olduğunu etiraf edib.