Qallant: Yaxın günlərdə "çətin və vacib qərarlar" veriləcək
İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant ölkə rəhbərliyinin yaxın günlərdə "çətin və vacib qərarlar" qəbul etməsinin zəruriliyini etiraf edib.
"Operativ Media" xəbər verir ki, o, bu barədə Qəzzadakı əməliyyatın gedişi və girovların azad edilməsi ilə bağlı vəziyyəti şərh edərkən bildirib.
"Düşünürəm ki, qarşıdakı günlərdə çətin, vacib qərarlar qəbul etməli olacağıq. 45 gündür davam edən bu müharibə zamanı mən girovlar haqqında düşünməkdən, onların üzlərini təsəvvür etməkdən bir an belə dayanmadım. Ailələrin yaşadığı ağrıları bilirəm və sizə demək istəyirəm ki, mənim üçün girovların qaytarılması əsas prioritetdir və mümkün olan hər şeyi edəcəyəm", - Qallant qeyd edib.
Daha əvvəl CNN İsrail rəsmilərinə istinadən iddia etmişdi ki, HƏMAS hərəkatı və İsrail çərşənbə axşamı girovlarla bağlı razılaşmanı elan edə bilər. Nəşrin məlumatına görə, tərəflər razılığa gəlmək ərəfəsindədirlər və bu razılaşmanın şərtlərinə əsasən, HƏMAS dörd və ya beş günlük atəşkəs və girovların azad edilməsi müqabilində qadın və uşaqlar da daxil olmaqla 50 girovu azad etməyə hazırdır.
Teqlər:
"Qallant: Yax\u0131n g\u00fcnl\u0259rd\u0259 \"\u00e7\u0259tin v\u0259 vacib q\u0259rarlar\" veril\u0259c\u0259k"