Menyu

BMT: Qəzzada mümkün atəşkəsə hazırlaşırıq

BMT: Qəzzada mümkün atəşkəsə hazırlaşırıq

Birləşmiş Millətlər Təşkilatı Qəzzada atəşkəs elan olunarsa, humanitar yardımların daha effektiv şəkildə təmin oluna biləcəyini və bu istiqamətdə hazırlıqların aparıldığını bildirib.

"Operativ Media" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) mətbuat katibinin müavini Fərhan Haq gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Qəzzada atəşkəsin mümkünlüyü ilə bağlı sualı cavablandıran Haq, bu mövzuda danışmaq üçün hələ tez olduğunu, lakin BMT-nin baş katibi Antonio Quterreşin əvvəldən humanitar atəşkəs tələb etdiyini xatırladıb.

"Müvafiq orqanlarla danışıqlar aparırıq. Əgər atəşkəs olarsa, humanitar yardımı çox daha təsirli şəkildə təmin edə bilərik", - Haq qeyd edib.

Tərəflərin sahədə atacağı addımların əhəmiyyətinə işarə edən Haq, "Atəşkəs ehtimalı üçün hazırlıqlar görürük", - deyə əlavə edib.

Teqlər:

"BMT: Q\u0259zzada m\u00fcmk\u00fcn at\u0259\u015fk\u0259s\u0259 haz\u0131rla\u015f\u0131r\u0131q"

Əlaqəli Xəbərlər