Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın zamanda Misirə rəsmi səfər edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Ərdoğan jurnalistlərə açıqlaması zamanı deyib.
"Misir rəhbərliyi Rəfah sərhəd-keçid məntəqəsində müsbət addımlar atır. İlk mərhələdə, 40 nəfər qəzzalı xərçəng xəstəsi ölkəmizə gətirilib. İkinci mərhələdə bu rəqəm xeyli artaraq, 88 xəstə və 67 nəfər xəstə baxıcısına çatdırılıb.
Biz onları şəhər xəstəxanalarımızda müalicə edirik və bundan sonra da müalicə edəcəyik. İstəyirik ki, daha çox qəzzalı xəstələr ölkəmizə gətirilsin. Ən qısa zamanda Misirə səfər təşkil edə bilərəm. Bu məsələlər bizim Misirdə əsas gündəmimiz olacaq",- deyə Ərdoğan bildirib.
Teqlər:
"\u018frdo\u011fan yax\u0131n zamanda Misir\u0259 r\u0259smi s\u0259f\u0259r ed\u0259c\u0259k"