Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzadan yaralıların çıxarılması ilə bağlı vəziyyəti müzakirə etmək üçün çox yaxın vaxtlarda Misirə səfər edə biləcəyini bildirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə lideri Əlcəzairdən qayıdarkən təyyarədə jurnalistlərə bildirib .
"Misir rəhbərliyi Rəfah sərhəd-keçid məntəqəsində müsbət addımlar atır. Birinci mərhələdə Qəzzadan ölkəmizə 40 xərçəng xəstəsi gəlib. İkinci mərhələdə isə bu rəqəm xeyli artaraq 88 xəstə və 67 müşayiətçiyə çatıb. Onları şəhər xəstəxanalarımızda müalicə edirik və bunu davam etdirəcəyik. Biz Qəzzadan olan xəstələrin sayını artırmağa və onları ölkəmizə gətirməyə davam etmək istəyirik. Mən çox yaxın gələcəkdə Misirə səfər edə bilərəm. Bu məsələlər Misirdə əsas gündəmimiz olacaq".
Onun sözlərinə görə, Qahirədə yaralıların Qəzzadan təxliyəsi üçün tədbirlər müzakirə olunacaq .