Menyu

Hindistan ABŞ-ın xüsusi təyinatlıları ilə quru qoşunlarının təlimlərinə başlayır

Hindistan ABŞ-ın xüsusi təyinatlıları ilə quru qoşunlarının təlimlərinə başlayır

Hindistanın quru qoşunları və ABŞ xüsusi təyinatlıları Hindistanın şərqində yerləşən Meqhalaya əyalətində növbəti birgə hərbi təlimə başlayıblar. 

"Operativ Media" xəbər verir ki, bu barədə Cənubi Asiya Respublikasının Müdafiə Nazirliyi mətbuata açıqlamasında bildirib.

"Vajra Prahar" (hind dilində "ildırım vurması" - red.) adlanan təlimin məqsədi birgə missiyanın planlaşdırılması və əməliyyat taktikası kimi sahələrdə ən yaxşı təcrübələri bölüşməkdir. Təlim üç həftə davam edəcək.

"Tərəflər dağlıq ərazilərdə simulyasiya edilmiş şərti və qeyri-ənənəvi ssenarilərdə bir sıra xüsusi əməliyyatlar, terrorla mübarizə əməliyyatları və hava-desant əməliyyatlarını birgə planlaşdıracaq və tətbiq edəcəklər", - Hindistan hərbi departamenti bildirib.

Hindistan və ABŞ "Vajra Prahar" təlimini 2010-cu ildən bəri keçirir, əvvəlki təlim keçən ilin avqustunda Hindistanın şimalındakı Himaçal Pradeş əyalətində keçirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər