Politico: Orban Aİ-nin Kiyevlə bağlı siyasətinə yenidən baxılmasını tələb edir
"Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) Ukraynaya bütün yardımlarını və Aİ-yə üzv ölkələrin Kiyevlə bağlı strategiyalarını yenidən nəzərdən keçirməyəcəkləri təqdirdə ölkənin gələcəkdə icmanın bir parçası olmasını əngəlləyəcəkləri ilə hədələyib".
"Operativ Media" xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb.
"Politico"nun məlumatına görə, Macarıstanın baş naziri Avropa Şurasının rəhbəri Şarl Mişelə ünvanladığı məktubda yazır ki, Ukraynanın maliyyələşdirilməsi, ölkənin Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanması və ya Rusiyaya qarşı növbəti sanksiyalarla bağlı dekabrda Brüsseldə Aİ sammitində "strateji müzakirə" baş tutana qədər heç bir qərar qəbul edilə bilməz.
Qəzet Orbanın məktubundan sitat gətirir: "Avropa Şurası müxtəlif yardım proqramları da daxil olmaqla, Ukrayna ilə bağlı mövcud siyasətimizin həyata keçirilməsini və effektivliyini nəzərə almalıdır.
Məktubda bildirilir ki, Avropa Şurası Aİ-nin Ukraynadakı məqsədlərinin həyata keçirilməsinə dair "açıq və aydın müzakirə" aparmalıdır: "Biz hələ də bu məqsədlərin real olaraq əldə edilə biləcəyini düşünürük? ABŞ-nin güclü dəstəyi olmadan bu strategiya davamlıdırmı?"
Məktubda əlavə edilir ki, Budapeştin veto hüququndan istifadə edərək Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımının ayrılmasına mane ola biləcəyi ehtimal edilir. Bundan əlavə, Orban Kiyevə 500 milyon avro məbləğində hərbi yardımın qarşısını ala, həmçinin Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı rəsmi danışıqların başlanmasına mane ola bilər.