Rusiyada Ulyanovsk şəhərinin yaxınlığında iki qatar toqquşub.
"Operativ Media" xəbər verir ki, qəza nəticəsində biri uşaq olmaqla 25 nəfər xəsarət alıb. Bu barədə Rusiya Dəmir Yolları məlumat yayıb. Qeyd edək ki, 354 nömrəli Perm - Adler sərnişin qatarı manevr teplovozu ilə toqquşub. Hadisənin səbəbləri araşdırılır. Adler-Perm qatarında 396 nəfər sərnişin olub ki, onlardan 94-ü azyaşlılardır.