Toyota Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinə (MLIT) geri çağırma bildirişi göndərib.
"Operativ Media" xəbər verir ki, bu barədə Yaponiyanın ictimai yayımı NHK məlumat yayıb.
Bildiriş 2015-ci ilin mayından 2023-cü ilin martına qədər istehsal olunmuş “Sienta” və “Japan Taxi” modellərinin 580 mindən çox avtomobilini əhatə edir.
Sözügedən modellərdə boltların dayanacaq əyləci pedalına möhkəm bərkidilmədiyi və bunun boltların boşalıb yerə düşməsinə səbəb ola biləcəyi bildirilib.
Bildirilib ki, nasazlıq park əyləcinin düzgün işə salınmasının qarşısını almaq və əyləcin hər zaman aktiv qalması da daxil olmaqla risklər daşıyır.
Dgər nasazlıq isə ön şüşənin relslərindən yağış suyunu sızdıra, islanacaq kabellər isə elektrik sürüşmə qapılarının açılmasına səbəb ola bilər.
Toyota geri çağırılan avtomobillərin ölkə daxilindəki dilerlərdə pulsuz texniki baxışdan keçiriləcəyini və zəruri hallarda hissələrin dəyişdiriləcəyini bildirib.
Teqlər:
"Toyota 580 mind\u0259n \u00e7ox avtomobili geri \u00e7a\u011f\u0131r\u0131b"