Paşinyan: Ermənistanda dünya standartlarına cavab verən universitet yoxdur
Nərmin Qocamanlı
"Ermənistanda beynəlxalq standartlara cavab verən bir dənə də olsun universitet yoxdur".
"Operativ Media" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
"Biz universitetlərin beynəlxalq standartlara uyğun lisenziya və akkreditasiyasını bəyan etsək, bu o deməkdir ki, istisnasız olaraq bütün Ermənistan universitetləri bağlanmalıdır”, - Paşinyan hökumətin iclasında vurğulayıb.
Onun sözlərinə görə, buna görə gənclər beynəlxalq meyarlara cavab verən təhsil almaq imkanından məhrum olurlar.
Paşinyan əlavə edib ki, yalnız bir neçə Ermənistan universiteti əcnəbi tələbələri cəlb edir.
Teqlər:
"Pa\u015finyan: Erm\u0259nistanda d\u00fcnya standartlar\u0131na cavab ver\u0259n universitet yoxdur"