Menyu

Sabah İsrail və HƏMAS arasında bağlanan müqaviləyə əsasən ilk girovlar azad ediləcək

Sabah İsrail və HƏMAS arasında bağlanan müqaviləyə əsasən ilk girovlar azad ediləcək

"HƏMAS hərəkatı tərəfindən Qəzza zolağında saxlanılan girovların ilk qrupu cümə günü yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 18:00 - red.) azad ediləcək". 

"Operativ Media" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

"Mülki girovların ilk partiyası sabah, cümə günü yerli vaxtla saat 16:00-da təhvil veriləcək", - əl-Ənsari Dohada mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, girovların birinci qrupuna 13 qadın və uşaq daxil olacaq.

Diplomat həmçinin qeyd edib ki, Qəzza zolağında humanitar atəşkəs sazişinin tərəfləri azad ediləcək girovların siyahılarını bir-birinə verib. 

Teqlər:

"Sabah \u0130srail v\u0259 H\u018fMAS aras\u0131nda ba\u011flanan m\u00fcqavil\u0259y\u0259 \u0259sas\u0259n ilk girovlar azad edil\u0259c\u0259k"

Əlaqəli Xəbərlər