Menyu

Hakan Fidan Türkmənistan və Cənubi Koreyadan olan həmkarları ilə telefonla danışıb

Hakan Fidan Türkmənistan və Cənubi Koreyadan olan həmkarları ilə telefonla danışıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və Cənubi Koreyanın xarici işlər naziri Park Jin ilə telefonla danışıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "TRT Haber" diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Fidan qarşı tərəflərin tələbi ilə türkmənistanlı və cənubi koreyalı həmkarları ilə telefon danışığı aparıb.

Fidan və Türkmənistanın xarici işlər naziri Meredov ikitərəfli münasibətləri, regional məsələləri və enerji sahəsində əməkdaşlığı müzakirə ediblər.

Nazir Fidan və Cənubi Koreyanın xarici işlər naziri Park ikitərəfli siyasi və iqtisadi əlaqələri və enerji sahəsində əməkdaşlıq imkanlarını qiymətləndiriblər.

Teqlər:

"Hakan Fidan T\u00fcrkm\u0259nistan v\u0259 C\u0259nubi Koreyadan olan h\u0259mkarlar\u0131 il\u0259 telefonla dan\u0131\u015f\u0131b"

Əlaqəli Xəbərlər