"İsrail ordusunun Qəzza zolağında hərbi əməliyyatı ən azı iki ay davam edəcək. Anklavda saxlanılan girovların bir qisminin azad edilməsinə dair razılaşmada hərbi əməliyyatlara fasilə vermək nəzərdə tutulduğu üçün əməliyyatlarda qısa fasilə olacaq".
"Operativ Media" xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant 13-cü flotiliyanın - İsrail Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının hərbçiləri ilə görüşündə deyib.
"Bu qısa fasilə olacaq, bundan sonra gərgin döyüşlər davam edəcək, daha çox girovun geri qaytarılması üçün təzyiq yaradılacaq. Daha iki aylıq döyüş gözlənilir", - deyə nazir bildirib.
Teqlər:
"Qallant: Q\u0259zzada \u0259m\u0259liyyat \u0259n az\u0131 iki ay \u00e7\u0259k\u0259c\u0259k"