Paşinyan: Rusiyanı dost ölkə hesab etmişik və etməkdə davam edirik
"Ermənistan əvvəlki kimi Rusiyanı dost ölkə hesab etməkdə davam edir, bütün məsələlər qarşılıqlı hörmət şəraitində həll edilməlidir".
"Operativ Media" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan vətəndaşların suallarını cavablandırarkən deyib.
"Biz həmişə Rusiya Federasiyasını dost ölkə hesab etmişik, indi də hesab edirik. Dost ölkələrlə münasibətlərdə isə həll edilməli olan məsələlər var. Biz bu məntiqi rəhbər tuturuq və ümid edirik və edəcəyik ki, onunla münasibətlərimiz daha da möhkəmlənsin. Rusiya Federasiyası ilə əlaqələr qarşılıqlı hörmət, qarşılıqlı maraqlar, suverenliyə və müstəqilliyə hörmət məntiqi üzərində qurulub", - Paşinyan qeyd edib.
Teqlər:
"Pa\u015finyan: Rusiyan\u0131 dost \u00f6lk\u0259 hesab etmi\u015fik v\u0259 etm\u0259kd\u0259 davam edirik"