Danimarka 2025-2027-ci illərdə Ukraynaya daha 3,44 milyard dollar ayıracaq
"Danimarka hökuməti və parlamentdəki partiyaların əksəriyyəti Ukraynaya yardım fonduna 2023-cü ildə 2,3 milyard kron (337 milyon dollar), 2025-2027-ci illərdə isə 23,5 milyard kron (3,44 milyard dollar) məbləğində əlavə dəstək ayırmağa razılaşıb".
"Operativ Media" xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
"2025-2027-ci illərdə əhəmiyyətli vəsait ayırmaqla biz ukraynalıların uzunmüddətli perspektivdə Danimarkanın dəstəyinə arxalana biləcəyinə dair aydın siqnal göndəririk", - Müdafiə naziri Troels Lund Poulsen mətbuata açıqlamasında bildirib.
"2025-ci ildə fonda 10,5 milyard kron (1,54 milyard dollar), 2026-cı ildə 7,4 milyard kron (1,08 milyard dollar) və 2027-ci ildə 5,6 milyard kron (820 milyon dollar) ayrılacaq. Ümumilikdə, artıq köçürülmüş vəsaitlər nəzərə alınmaqla 2023-2028-ci illər üçün 60,4 milyard kron (8,85 milyard dollar) ayrılması planlaşdırılır", - məlumatda qeyd edilib.
Teqlər:
"Danimarka 2025-2027-ci ill\u0259rd\u0259 Ukraynaya daha 3 44 milyard dollar ay\u0131racaq"