Menyu

Ukrayna hərtərəfli səfərbərlik planı hazırlayır

Ukrayna hərtərəfli səfərbərlik planı hazırlayır

"Gələn həftə Ukrayna üçün yeni hərtərəfli səfərbərlik planı təqdim olunacaq". 

"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Ali Baş Komandan qərargahının iclasından sonra bildirib.

"Səfərbərlik məsələsinə gəlincə, siz bilirsiniz ki, bu nə qədər mürəkkəb və çox aktual məsələdir. Qarşımıza mürəkkəb vəzifələr qoyulub. Bu gün hansı problemlər var, məsələlərin necə həll olunacağı ilə bağlı geniş məruzələr oldu. Bütün bu planlar işlənib hazırlanacaq və bütün suallara cavablar olacaq", - Zelenski qeyd edib.

Öz növbəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib ki, hakimiyyət xidməti müddəti başa çatmış çağırışçıların tərxis olunmasına razılıq verib.
 

Teqlər:

"Ukrayna h\u0259rt\u0259r\u0259fli s\u0259f\u0259rb\u0259rlik plan\u0131 haz\u0131rlay\u0131r"

Əlaqəli Xəbərlər