Menyu

Türkiyə Suriyada 649 terrorçunu zərərsizləşdirdi

Türkiyə Suriyada 649 terrorçunu zərərsizləşdirdi

Bu il avqustun 15-dən noyabrın 23-dək Türkiyə Silahlı Qüvvələri Suriya ərazisindəki antiterror əməliyyatı bölgəsində 606-sı PKK/KCK-PYD/YPG, 43-ü İŞİD üzvü olmaqla ümumilikdə 649 terrorçunu zərərsizləşdirib.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, həmin tarixlər arasında terrorçuların Türkiyənin Suriya ərazisindəki baza ərazilərinə hücum planlaşdırdıqları müəyyən edilib:

"Həmin dövrdə Suriyadan Türkiyəyə qeyri-qanuni yollarla daxil olmağa çalışan 1048 immiqrantın qarşısı alınıb. Saxlanılan şəxslərdən 41-i PKK, beşi İŞİD, 162-si isə FETÖ üzvüdür".

Teqlər:

"T\u00fcrkiy\u0259 Suriyada 649 terror\u00e7unu z\u0259r\u0259rsizl\u0259\u015fdirdi"

Əlaqəli Xəbərlər