Menyu

İzmirdə dəniz daşıb, küçələri su basıb - FOTO

İzmirdə dəniz daşıb, küçələri su basıb - FOTO

İzmirdə gecə saatlarında yağan şiddətli yağış və fırtına fəsadlara səbəb olub. Güclü yağışdan sonra dənizin daşması nəticəsində yolları su basıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, şəhərdə gün boyu davam edən yağış gecə saatlarında təsirini daha da artırıb. Fırtınanın başlaması ilə Mavişehir Məhəlləsində və Karşıyaka rayonunun Aksoy Məhəlləsində dəniz daşıb.

Sahildə yerləşən ərazilərin bağları su ilə dolarkən, küçə və prospektlər də su altında qalıb.

Ətraf ərazilərin səlahiyyətliləri sirenlərlə avtomobil sahiblərinə xəbərdarlıq edib. Çoxsaylı vətəndaşlar avtomobillərini su altında qalmaqdan xilas etməyə çalışıblar.

Qeyd edilib ki, suyun səviyyəsi durmadan qalxır.

Güclü küləkdən sonra Karşıyaka Camal Gürsel Sahil Yolu da tamamilə su altında qalıb. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər