Menyu

Zelenski: Ukrayna mülki gəmiləri qorumaq üçün hərbi gəmilər alacaq

Zelenski: Ukrayna mülki gəmiləri qorumaq üçün hərbi gəmilər alacaq

Ukrayna Qara dənizdəki "taxıl dəhlizində" hərəkət edən mülki gəmiləri qorumaq üçün hərbi gəmilər almağa razılaşıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə ölkə prezidenti Volodimir Zelenski İsveçrə, Latviya prezidentləri və Litvanın baş naziri ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukrayna Rusiya Federasiyasının iştirakı olmadan "taxıl dəhlizi"nin yaradılmasını ilin ən böyük nailiyyətlərindən biri hesab edib.

Ukrayna prezidenti qeyd edib ki, bundan sonra Kiyev gəmilərin təhlükəsizliyini təmin etməyə çalışacaq.

"Biz tərəfdaşlarımızla razılaşdıq və onların təhlükəsizliyini təmin etmək üçün gəmiləri dənizdə müşayiət edəcəyik. Gəmilərin qəbulu ilə bağlı bizim artıq konkret razılaşmalarımız var. Bu, yaxın gələcəyin məsələsidir", - deyə Zelenski bildirib.

Teqlər:

"Zelenski: Ukrayna m\u00fclki g\u0259mil\u0259ri qorumaq \u00fc\u00e7\u00fcn h\u0259rbi g\u0259mil\u0259r alacaq"

Əlaqəli Xəbərlər