Menyu

Günün əvvəlindən Rusiya havasında 20 PUA məhv edilib

Günün əvvəlindən Rusiya havasında 20 PUA məhv edilib

"Noyabrın 26-da səhər saatlarında Moskva, Tula, Kaluqa və Bryansk vilayətlərində hava hücumundan müdafiə sistemləri 9 pilotsuz uçuş aparatını (PUA) məhv edib. Gecə eyni bölgələrdə 11 pilotsuz vasitə vurulub".

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Öz növbəsində Moskva meri Sergey Sobyanin hadisəni pilotsuz vasitələrin "kütləvi hücum cəhdi" adlandırıb. PUA hücumları Moskva vilayətinin müxtəlif regionlarında, Naro-Fominsk, Odintsovo və Ramensk şəhər rayonlarında, həmçinin Podolskda qeydə alınıb. Qubernator Andrey Vorobyov ümumilikdə 5 PUA-nın zərərsizləşdirildiyini açıqlayıb. Üç halda binalara ziyan dəyib. Heç kim xəsarət almayıb. Rayon rəhbəri sakinlərə kömək vəd edib.

"Tulada vurulan PUA idarəetməni itirərək yaşayış binasına çırpılıb. Bir nəfər xəsarət alıb, üç mənzilin şüşələri zədələnib. Ümumilikdə bölgə üzərində ən azı üç pilotsuz təyyarə vurulub", - qubernator Aleksey Dyumin bildirib. 

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Karaçevski və Bryansk vilayətləri üzərində 4 PUA-nın məhv edildiyini bildirib. 

Dünən, noyabrın 25-də Ukrayna Hərbi Hava Qüvvələri Rusiyada hədəfləri rekord sayda kamikadze PUA ilə vurduğunu açıqlayıb.

Teqlər:

"G\u00fcn\u00fcn \u0259vv\u0259lind\u0259n Rusiya havas\u0131nda 20 PUA m\u0259hv edilib"

Əlaqəli Xəbərlər