Menyu

Litva XİN: Əgər münaqişədən yorulsaq, Ukrayna mövcud olmaya bilər

Litva XİN: Əgər münaqişədən yorulsaq, Ukrayna mövcud olmaya bilər

"Ukrayna Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaqdan bezərsə, onun mövcudluğunu sual altına düşə bilər". 

"Operativ Media" xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis deyib.

Onun fikrincə, müharibə yorğunluğu sülh şəraitində yaşayan cəmiyyətlər üçün xarakterikdir: "Müharibə yorğunluğu Ukraynanı bürüyərsə, o, mövcud olmağı dayandıracaq". 

"Qərb Ukraynaya lazımi dəstək verməklə belə inkişafın qarşısını almaq üçün struktur imkanlarına malikdir", - Landsberqis əlavə edib.

Litva Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, hazırda Ukrayna münaqişəsi başa çatdıqdan sonra hansı Avropada yaşanılacağı məsələsi əvvəlkindən aktualdır. O qeyd edib ki, artıq Qərb paytaxtlarında Avropa qitəsində gələcək təhlükəsizlik arxitekturasına dair müzakirələr aparılır.
 

Teqlər:

"Litva X\u0130N: \u018fg\u0259r m\u00fcnaqi\u015f\u0259d\u0259n yorulsaq Ukrayna m\u00f6vcud olmaya bil\u0259r"

Əlaqəli Xəbərlər