"Koreya Respublikasının Prezidenti Yun Seok Yeol ölkənin Milli Kəşfiyyat Xidmətinin (MXK) rəhbəri Kim Kyu-hyun istefasını qəbul edib".
"Operativ Media" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Qeyd edilib ki, xidmətin birinci və ikinci müavinləri də işdən çıxarılıb.
"Hakimiyyətin keçidi zamanı Kim Kyu-hyun təhlükəsizlik sahəsində əsas kəşfiyyat xidməti statusunu gücləndirdi. O, dost dövlətlərin kəşfiyyat orqanları ilə əməkdaşlıq sistemi yaratmağa səy göstərdi", - prezident administrasiyası bildirib.
"Yonhap" kəşfiyyat rəhbərinin istefa qərarını gözlənilməz adlandırıb və prezidenti Yun Seok Yeolun bu yaxınlarda Böyük Britaniya və Fransa səfərindən qayıtdığına diqqət çəkib.