Menyu

KİV: 129 min litr yanacaq yanacaq Qəzza zolağına daxil olub

KİV: 129 min litr yanacaq yanacaq Qəzza zolağına daxil olub

"129 min litr yanacaq və 80 min litr benzin daşıyan 6 yanacaq tankeri Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsindən Fələstinin Qəzza zolağına daxil olub". 

"Operativ Media" xəbər verir ki, bu barədə "Al Ekhbariya" telekanalı məlumat yayıb. 

Məlumata görə, tankerlər anklav ərazisinə daxil olmaqda davam edir. Bundan əlavə, 11 təcili yardım maşını və 3 avtobus Misir ərazisindən sektorun şimalında yerləşən Əl-Şifa tibb kompleksinə yola düşüb. Onların yerində lazımi yardım göstərəcəkləri və İsrail qüvvələri tərəfindən mühasirəyə alınan xəstəxanadan xəstələrin çıxarılması əməliyyatında iştirak edəcəkləri bildirilir.

Telekanalın məlumatına görə, humanitar atəşkəs rejiminin tətbiq olunduğu iki gün ərzində humanitar yardım daşıyan 200-ə yaxın yük maşını Qəzzaya keçib.

Teqlər:

"K\u0130V: 129 min litr yanacaq yanacaq Q\u0259zza zola\u011f\u0131na daxil olub"

Əlaqəli Xəbərlər