Menyu

İsrail ordusu: Cenin düşərgəsində atışma zamanı 5 silahlı öldürülüb

İsrail ordusu: Cenin düşərgəsində atışma zamanı 5 silahlı öldürülüb

"İsrail hərbçiləri İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsində genişmiqyaslı anti-terror əməliyyatı zamanı 5 silahlı radikalı öldürüb, terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək axtarışda olan 21 fələstinlini saxlayıb". 

"Operativ Media" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

"646-cı Ehtiyat Briqadasının komandanlığı altında ilk dəfə həyata keçirilən genişmiqyaslı terrorla mübarizə əməliyyatı zamanı Cenin qaçqın düşərgəsində baş verən atışmada 5 terrorçu öldürülüb, axtarışda olan 21 şübhəli həbs edilib", - deyə məlumatda bildirilir.

"Geniş axtarışlar nəticəsində külli miqdarda silah-sursat, partlayıcı qurğular, hərbi texnika aşkar edilərək götürülüb”, - mətbuat xidməti əlavə edib. 

Mətbuat xidməti bildirir ki, İordan çayının qərb sahilində gecə keçirilən antiterror reydləri zamanı İsrail hərbçiləri axtarışda olan ümumilikdə 29 şübhəlini saxlayıb.

Teqlər:

"\u0130srail ordusu: Cenin d\u00fc\u015f\u0259rg\u0259sind\u0259 at\u0131\u015fma zaman\u0131 5 silahl\u0131 \u00f6ld\u00fcr\u00fcl\u00fcb"

Əlaqəli Xəbərlər