Yonhap: Cənubi Koreya, ABŞ və Yaponiya dəniz təlimləri keçirib
Cənubi Koreya, ABŞ və Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri Koreya yarımadasının cənubundakı sularda "USS Carl Vinson" gəmisinin iştirakı ilə üçtərəfli təlimlər keçirib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.
Manevrlər Jeju adasının cənub-şərqində baş tutub. Cənubi Koreya tərəfində Aegis sistemi ilə təchiz edilmiş esmineslər, Yaponiya tərəfində isə Murasame sinifli esmineslər iştirak edib. Bildirilir ki, tərəflər başqa təlimlərlə yanaşı, hava hücumundan müdafiə əməliyyatları da həyata keçiriblər.
Teqlər:
"Yonhap: C\u0259nubi Koreya AB\u015e v\u0259 Yaponiya d\u0259niz t\u0259liml\u0259ri ke\u00e7irib"