Cənubi Koreya ilk dəfə NATO-nun kiber təlimlərində iştirak edəcək
Nərmin Qocamanlı
"Cənubi Koreya bu sahədə alyansla əməkdaşlığı gücləndirmək üçün ilk dəfə NATO-nun ev sahibliyi etdiyi beynəlxalq kiber müdafiə təlimlərində iştirak edəcək".
"Operativ Media" xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb.
NATO-nun illik Kiber Koalisiyası 2023 təlimi noyabrın 27-dən dekabrın 1-dək Estoniyada keçiriləcək.
Təlimdə NATO-nun 35 üzvü və tərəfdaşı, eləcə də Avropa İttifaqı iştirak edir. Təlim müttəfiqlərin kiberməkanda təhlükələrə qarşı birgə mübarizə imkanlarını gücləndirmək məqsədi daşıyır.
Teqlər:
"C\u0259nubi Koreya ilk d\u0259f\u0259 NATO-nun kiber t\u0259liml\u0259rind\u0259 i\u015ftirak ed\u0259c\u0259k"