Qəzzada atəşkəsin uzadılması barədə razılıq əldə edilib - YENİLƏNİB
"HƏMAS hərəkatı Qəzza zolağında humanitar atəşkəsin daha iki gün uzadılması ilə bağlı İsraillə razılığa gəlib".
"Operativ Media" xəbər verir ki, bu barədə hərəkatın siyasi bürosunun rəhbəri İsmayıl Haniyyənin mətbuat katibi Taher əl-Nunu bildirib.
O qeyd edib ki, saziş eyni şərtlərlə fəaliyyət göstərəcək.
"Müvəqqəti humanitar atəşkəsin daha iki gün uzadılması ilə bağlı razılıq əldə olunub. Müqavilə həm də yük maşınlarının yarısının daşıdığı yardımı sektorun şimalına çatdıracağını nəzərdə tutur", - , - deyə əl-Nunu əalvə edib.
Bundan əvvəl Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, İsrail və HƏMAS vasitəçilərin köməyi ilə Qəzza zolağında humanitar atəşkəsin daha iki gün uzadılması barədə razılığa gəliblər.
*** 19:22
İsrail və HƏMAS hərəkatı Misir və Qətərin təmsil olunduğu vasitəçilərin köməyi ilə Qəzza zolağında humanitar atəşkəsin iki gün uzadılmasına dair yeni saziş bağlamağa yaxındır.
"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət informasiya xidmətinin rəhbəri Diya Rəşva bildirib.
Onun sözlərinə görə, yeni saziş İsrail həbsxanalarında məhbus olan 20 israilli girovun 60 fələstinli ilə dəyişdirilməsini nəzərdə tutur.
"Atəşkəsin uzadılması İsrail həbsxanalarında olan 30 fələstinli məhbusun əvəzində gündəlik Qəzzada 10 qadın və uşağın girovluqdan azad edilməsini nəzərdə tutur. Bu iki gün ərzində davam edəcək", - Rəşva bildirib.
Teqlər:
"Q\u0259zzada at\u0259\u015fk\u0259sin uzad\u0131lmas\u0131 bar\u0259d\u0259 raz\u0131l\u0131q \u0259ld\u0259 edilib - YEN\u0130L\u018fN\u0130B"