Türkiyədə PKK-ya qarşı əməliyyat: 5 şübhəli həbs edilib
Türkiyənin Əskişəhər vilayətində terror təşkilatı PKK/KCK-nın universitetə nüfuz etmiş strukturuna qarşı keçirilən əməliyyatda nəzarətə alınan 5 şübhəli həbs edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Qeyd edilib ki, onlar sosial şəbəkələrdəki paylaşımları və ictimai yerlərdəki yazıları ilə terror təşkilatı PKK/KCK-nın təbliğatını apardıqları, universitetlərdə dərsləri boykot etdikləri, digər gəncləri təşkilata üzv olmağa çalışdıqları üçün saxlanılıblar.
Sağlamlıq yoxlamalarından sonra ədliyyəyə sövq edilən 5 şübhəlinin həbsinə qərar verilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net