Zaxarova: Ukrayna rəsmilərinin sülh ilə bağlı bəyanatlarını ciddi qəbul etməyin
"Ukrayna siyasətçiləri əzab içindədirlər, ona görə də onların hər bəyanatını ciddiyə almamalısınız".
"Operativ Media" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna ədliyyə nazirinin müavini İrina Mudranın Moskvanın təzminat ödəmədiyi təqdirdə Kiyevin Rusiya ilə sülh sazişi imzalamayacağı barədə sözlərinə münasibətdə bildirib.
"Siz ukraynalı məmurların hansı vəziyyətdə olduğunu başa düşməlisiniz. Bu, aqoniya vəziyyətidir və artıq hər kəsə aydındır. Onlar Qərb dəstəyinin necə başa çatdığını və bu dəstəyin onları uçuruma doğru itələdiyini çox gözəl görürlər. İndi onlar uçurumdadırlar, ona görə də Ukraynada bu və ya digər siyasi xadimin hər bir bəyanatını diqqətlə təhlil etmək lazımsız və zərərlidir", - o, "İzvestiya"ya şərhində bildirib.
Teqlər:
"Zaxarova: Ukrayna r\u0259smil\u0259rinin s\u00fclh il\u0259 ba\u011fl\u0131 b\u0259yanatlar\u0131n\u0131 ciddi q\u0259bul etm\u0259yin"