Menyu

ABŞ: Somalili quldurlar Yəmən sahillərində tankeri qaçırmağa cəhd edib

ABŞ: Somalili quldurlar Yəmən sahillərində tankeri qaçırmağa cəhd edib

"Yəmən sahillərində "Central Park" tankerini qaçırmağa cəhd edilib. Cəhdin Somali quldurları tərəfindən həyata keçirildiyi ehtimal edilir". 

"Operativ Media" xəbər verir ki, bu barədə "Reuters" Pentaqonun sözçüsünə istinadən məlumat yayıb.

"Biz vəziyyəti qiymətləndirməyə davam edirik, lakin ilkin məlumatlara görə, hücum edənlərdən beşi Somalilidir", - deyə agentlik Pentaqonun mətbuat katibi ABŞ Hərbi Hava Qüvvələrinin generalı Patrik Rayderdən sitat gətirib.

"Aydındır ki, hadisə piratçılıqla bağlıdır", - o əlavə edib.

Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat vermişdi ki, "USS Mason" esminesi naməlum şəxslərin hücumuna məruz qalan "Central Park" gəmisinin qəza çağırışına cavab verib. Daha sonra beş silahlı şəxs kiçik qayıqları ilə qaçmağa cəhd ediblər. "USS Mason" hücumçuları təqib edərək onları təslim alıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər