Menyu

Hindistanda Hindu məbədinin açılış mərasimi zamanı partlayış olub

Hindistanda Hindu məbədinin açılış mərasimi zamanı partlayış olub
1 dəq oxu

Hindistanın Qucarat ştatında hindu məbədinin açılış mərasimi zamanı partlayış olub.

"Operativ Media" xəbər verir ki, partlayışa atəşfəşanlıq səbəb olub. Yüzlərlə hidrogen şarı partlayıb. Nəticədə 30-dan çox adam yanıq xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Qeyd edək ki, şarlara adətən helium qazı vurulsa da bu mərasimdə şarlar daha təhlükəli olan hidrogen qazı ilə şişirilib.

Əlaqəli Xəbərlər