Borell: Lavrovla görüşməyəcəm
"ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçiriləcək iclası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşməyi planlaşdırmıram".
"Operativ Media" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Xosep Borell bildirib.
"Mənim çətin situasiyalarda nazir Lavrovla müəyyən müzakirə təcrübəm var. Mən ATƏT-in iclasına gedəcəm, getməliyik, biz bu təşkilatın üzvləriyik və öz fikirlərimizi təqdim etməli və Rusiyanın bəyanatlarına qarşı çıxmalıyıq. Lavrovla görüşmək imkanım olmayacaq, çünki mən Avropa Müdafiə Agentliyinin iclasında iştirak etmək üçün dərhal qayıtmalı olacağam", - Borell Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşdən sonra Brüsseldə keçirilən mətbuat konfransında deyib.
"Biz istəmirik ki, Avropa İttifaqının kreslosu boş qalsın. Mən sabah axşam ora gedəcəyəm, şam yeməyində iştirak edib, səhəri gün geri qayıdacağam. Rusiya öz nöqteyi-nəzərini təqdim edəcək, biz də öz baxışımızı təqdim edəcəyik, amma mənim onunla birbaşa danışığım olmayacaq", - Borell əlavə edib.