Borell: Aİ Kiyevə 27 milyard avro dəyərində hərbi yardım edib
"Avropa İttifaqı (Aİ) ölkələri artıq Ukraynaya 27 milyard avro hərbi yardım göstəriblər, lakin indi bu yardımlar daha çox və daha sürətli edilməlidir".
"Operativ Media" xəbər verir ki, bunu Aİ-nin diplomatik rəhbəri Xosep Borell Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşdən sonra Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
"Avropa İttifaqı və onun üzvü olan ölkələr Ukraynaya 27 milyard avroluq hərbi yardım köçürüblər, lakin indi bu dəstək daha çox və daha sürətli edilməlidir", - deyə Borell bildirib.
O qeyd edib ki, Aİ dövlətləri Ukrayna hərbçilərinin təlimlərinin intensivləşdirilməsi üçün daha 200 milyon avro ayırmağa razılaşıblar. O, həmçinin Kulebanı əmin edib ki, Aİ ölkələri Ukraynada baş verənləri unutmur, buna görə də Qəzzadakı münaqişə beynəlxalq gündəmin mərkəzində olsa da, Aİ-nin Ukraynaya sarsılmaz dəstəyinə təsir etməyəcək.
Teqlər:
"Borell: A\u0130 Kiyev\u0259 27 milyard avro d\u0259y\u0259rind\u0259 h\u0259rbi yard\u0131m edib"