Menyu

Stoltenberq: NATO regional ittifaq olaraq qalacaq

Stoltenberq: NATO regional ittifaq olaraq qalacaq

"Alyans regional qurum olaraq qalacaq, lakin qlobal çağırışlara cavab vermək üçün Hind-Sakit okean regionundakı tərəfdaşlarla işləməlidir". 

"Operativ Media" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyansa üzv ölkələrin xarici işlər idarələri rəhbərlərinin iclasının birinci gününün yekunları üzrə mətbuat konfransında deyib.

"NATO Avropa və Şimali Amerikanın regional ittifaqı olaraq qalacaq, lakin biz qlobal problemlərlə üzləşirik, ona görə də dəyərlərimizi və maraqlarımızı müdafiə etmək üçün Hind-Sakit okean regionu da daxil olmaqla bütün tərəfdaşlarla daha sıx işləməliyik", - Stoltenberq qeyd edib.

"Biz həmçinin Çinin Avro-Atlantik təhlükəsizliyə yaratdığı problemlər və çağırışları nəzərdən keçirdik. Çin bizim rəqibimiz deyil. Mən bizi narahat edən məsələlərdə Pekinlə dialoq aparan müttəfiqləri alqışlayıram. Lakin eyni zamanda, Çinin təhlükəsizlik siyasətimizdəki təsirinə aydınlıq gətirməliyik", - Stoltenberq əlavə edib. 

Teqlər:

"Stoltenberq: NATO regional ittifaq olaraq qalacaq"

Əlaqəli Xəbərlər