Menyu

Qazaxıstanda sovetyönlü "Xalq şurası"nın üzvləri separatizmdə təqsirli bilinib

Qazaxıstanda sovetyönlü "Xalq şurası"nın üzvləri separatizmdə təqsirli bilinib

Qazaxıstanda Petropavlovsk şəhər məhkəməsi sovetyönlü "Xalq Şurası" qrupunun dörd üzvünü separatçı fəaliyyətə görə 7 ildən 9 ilədək həbs cəzasına məhkum edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Petropavlovsk" nəşri məlumat yayıb.

Qeyd edilib ki, qrupun təşkilatçısı Vyaçeslav Zuderman 9 il, qrupun üç fəalı - 40 yaşlı Yelena Boldıreva, 52 yaşlı Mədinə Kaparova və 37 yaşlı Olqa Berejnova 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə təqsirləndirilən şəxsləri Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsinin 2-ci hissəsi (dövlətin təhlükəsizliyinə xələl gətirən təbliğat) və 180-ci maddəsinin 2-ci hissəsi (separatçılıq fəaliyyəti - Qazaxıstan Respublikasının bütövlüyünü, ərazisinin toxunulmazlığını və ayrılmazlığını pozmağa yönəlmiş təbliğat) ilə təqsirli bilinib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər