Menyu

BMT: Fələstinin tam üzvlüklə bağlı qərar üzv dövlətlərin üzərinə düşür

BMT: Fələstinin tam üzvlüklə bağlı qərar üzv dövlətlərin üzərinə düşür

"Fələstinin BMT-nin tamhüquqlu üzvü kimi qəbul edilməsi barədə qərarı dünya təşkilatına üzv olan ölkələr özləri verməlidir". 

"Operativ Media" xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Fələstin Dövlətinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsurun sözlərini şərh edərkən deyib.

"BMT-nin tamhüquqlu üzvlüyünə qəbul prosesi iştirakçı ölkələrin əlindədir və baş katibin iştirakını tələb etmir", Düjarrik brifinqdə deyib.

Mənsur bir müddət əvvəl BMT Baş Assambleyasının iclasında çıxış edərək bildirib ki, İsrail-Fələstin münaqişəsi başa çatdıqdan sonra iki dövlətin birgə yaşaması prinsipini reallaşdırmaq üçün Fələstinin dünya təşkilatına tamhüquqlu üzv olması lazımdır.

Mənsur həmçinin Fələstinin BMT-yə qəbul edilməsinin dünya təşkilatına üzv olan dövlətlərin "kollektiv məsuliyyəti" olduğuna əminliyini ifadə edib. 

Teqlər:

"BMT: F\u0259l\u0259stinin tam \u00fczvl\u00fckl\u0259 ba\u011fl\u0131 q\u0259rar \u00fczv d\u00f6vl\u0259tl\u0259rin \u00fcz\u0259rin\u0259 d\u00fc\u015f\u00fcr"

Əlaqəli Xəbərlər