Netanyahu: İsrailin məqsədi Qəzzanın demilitarizasiyası və deradikalizasiyasıdır
"İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatın məqsədi Fələstin anklavını demilitarizasiya və deradikalizasiya etməkdir".
"Operativ Media" xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu "Die Welt" telekanalına müsahibəsində bildirib.
"Bundan (HƏMAS-ın məhv edilməsindən - red.) sonra biz iki şeyi etməliyik: birincisi, Qəzzanı demilitarlaşdırmaq və həmçinin onu deradikallaşdırmaq. Almaniyada, Yaponiyada və başqa yerlərdə bütün radikallarla belə davranılıb", - Netanyahu bildirib.
İsrailin baş naziri hesab edir ki, əks halda HƏMAS-ın növbəti hədəfi Avropa olacaq: "Növbəti hədəf Almaniya, Avropa olacaq, bunu başa düşürsünüzmü? HƏMAS İranın, Hizbullahın, Husilərin və digərlərinin terror oxunun bir hissəsidir və onların məqsədi əvvəlcə Yaxın Şərqi, sonra isə dünyanı barbarlıq dövrünə, Orta əsrlərin qaranlıq dövrünə aparmaqdır".